Yaponiyada ölənlərin sayı 200-ə çatıb - VİDEO

Yaponiyada ölənlərin sayı 200-ə çatıb - VİDEO
  12 İyul 2018    Oxunub:2909
Yaponiyanın cənub-qərb və mərkəzi rayonlarında günlərdir davam edən aramsız yağışların əmələ gətirdiyi leysan nəticəsində ölən insanların sayı 200-ə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Yaponiya nazirlər kabinetinin baş katibi Yosihide Suqa məlumat verib.

Onun sözlərinə görə, 4 nəfər kritik vəziyyətdədir. Rəsmi olaraq 23 nəfər itkin düşüb. Daha 42 nəfərin isə harada yerləşdiyini təsdiq etmək mümkün deyil. Suqa bildirib ki, sabah baş nazir Şinzo Abe təbii fəlakət nəticəsində zərər çəkmiş ərazilərə yenidən baş çəkəcək.

Hazırda itkin düşənlərin axtarışına və xilasetmə əməliyyatlarına 73 min polis, xüsusi xilasetmə xidməti və özünümüdafiə qüvvələri, həmçinin 80 helokopter cəlb olunub.

NHK telekanalı xəbər verir ki, fəlakət zonasından daha 5600 nəfəri evakuasiya ediblər. 239 min ev isə hələ də susuz qalıb ki, onların da 200 mini Hirosimadadır.



Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Yaponiya   leysan   təbiifəlakət  





Xəbər lenti