“Fransa Bakı və İrəvana silah satmayacaq” - Səfir

“Fransa Bakı və İrəvana silah satmayacaq” - Səfir
  12 İyul 2018    Oxunub:3360
"Fransada Bakıya silah satmaqla bağlı qoyulan embarqonun aradan qaldırılmasına dair mediada yayılan xəbərlər həqiqətə uyğun deyil"

AzVision.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot bu gün keçirdiyi mətbuat konfransında deyib.
Diplomat bildirib ki, Fransa Minsk Qrupunun 3 həmsədr ölkəsindən biridir və problemin dinc yolla nizamlanmasının tərəfdarıdır. Silah satışı isə bu prinsipə ziddir.

“Fransa beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini dəqiq və həssaslıqla yerinə yetirir. Bura Dağlıq Qarabağ münaqişəsində istifadə oluna biləcək silah və hərbi sursat təchizatından çəkinmək də daxildir”, - deyə Lakot bildirib.

O, vurğulayıb ki, bu səbəbdən Parisin Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə - Ermənistan və Azərbaycana silah satmaq fikri yoxdur.

Qeyd edək ki, yerli və erməni KİV-lərində Fransa hərbi şirkətlərinin embarqodan azad olaraq, Azərbaycana silah satışına icazə alması barədə xəbərlər yayılıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   Fransa   DağlıqQarabağ   embarqo  





Xəbər lenti