NATO Qara dənizə çıxışını genişləndirir

NATO Qara dənizə çıxışını genişləndirir
  12 İyul 2018    Oxunub:2459
NATO Gürcüstanın avroatlantik məkana inteqrasiyasını tam dəstəkləyir. Gürcüstan gələcəkdə NATO-nun üzvü olacaq.
AzVision.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyansın Brüsseldə davam edən sammitindəki çıxışında deyib. Bildirib ki, NATO-nun Gürcüstanla tərəfdaşlığı unikaldır və Tbilisi alyansın ən əsas tərəfdaşı və etibarlı dostlarındandır.

Bununla belə, Stoltenberq Gürcüstanın nə qədər müddətə NATO-ya üzv olacağını açıqlamayıb.

Gürcüstanın alyansa üzvlüyünün hazırlanması üçün birgə işləyəcəklərini deyən Stoltenberq xüsusilə vurğulayıb ki, tezliklə Qara dənizdə hərbi əməkdaşlığı gücləndirəcəklər: “NATO və Gürcüstan yaxın zamanlarda hərbi təlimlər də daxil olmaqla, Qara dənizdə təhlükəszilik sferasının genişləndirilməsi məsələsinə baxacaqlar.”

Qeyd edək ki, mayda Gürcüstanın sabiq baş naziri Georqi Kvirikaşvili ölkəsinin 2021-ci ildə NATO-ya daxil olacağını bəyan etmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Gürcüstan   NATO  





Xəbər lenti