Sarkisyanın qardaşı oğlunun həbs olunma anı - VİDEO

Sarkisyanın qardaşı oğlunun həbs olunma anı - VİDEO
  12 İyul 2018    Oxunub:8133
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Ayk Sarkisyan ölkəni tərk etməyə çalışarkən polis əməkdaşları tərəfindən həbs olunub.

AzVision.az xəbər verir ki, Ermənistan hüquq-mühafizə orqanları cinayətdə təqsirləndirilən Aykın həbsinin görüntülərini yayıb.
Kadrlardan xüsusi təyinatlıların onu avtomobilindən çıxararaq polis məntəqəsinə apardığı görünür.



Qeyd edək ki, Serj Sarkisyanın qardaşı, biznesmen Aleksandrın oğlu Ayk Sarkisyana qarşı məqsədyönlü şəkildə insan həyatına qəsdə cəhd, qanunsuz silah və hərbi sursat əldə edilməsi və saxlanılması maddələri üzrə cinayət işi açılıb. Məhkəmə Ayk Sarkisyan barədə həbs-qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

Aykın doğma qardaşı Narek Sarkisyan da axtarışa verilib. O, narkotik və silah saxlanılmasında, həmçinin qiymətli incəsənət nümunələrinin oğurlanmasında ittiham edilir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   cinayət  





Xəbər lenti