Qusarda polisə hücum- 1 ölü, 3 yaralı- YENİLƏNİB
APA-nın əməkşdaşı bildirib ki, atışmada polisə basqın edənlərdən zərərsizləşdirilən olmayıb. Onlar hamısı qaça bilib.
Hazırda hadisə yerində istintaq araşdırması başlayıb.
Qusar polisi basqınçıların tapılması üçün əməliyyat tədbirlərini davam etdirir. Rayonun bütün giriş-çıxış yollarına polis postları qurulub, axtarış aparılır.
***
AzVision.az APA- ya istinadən xəbər verir ki, bu gün Qusar rayonunda polis əməkdaşlarına silahlı hücum olub. Qusar Rayon Polis Şöbəsindən verilən məlumata görə, naməlum şəxs tərəfindən polis əməkdaşlarına silahlı hücum edib. Qusar RPŞ-nin əməkdaşı Qaib Əliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. 3 polis əməkdaşı isə - Mövlüd Əliyev, Cəmil Nəsirov və Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov müxtəlif xəsarətlərlə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən şəxsin zərərsizləşdirildiyi bildirilir. APA-nın əldə etdiyi məlumata görə, polisə silahlı müqavimət göstərən şəxs radikal dini qruplaşmanın üzvü olub.
Hadisənin təfərrüatları araşdırılır.