“İlham Əliyevlə görüşə dair danışıq aparılmır” - Paşinyan

“İlham Əliyevlə görüşə dair danışıq aparılmır” - Paşinyan
  13 İyul 2018    Oxunub:3052
"Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü dönüş nöqtəsi hesab etmirəm"

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel hava limanında jurnalistlərə Dağlıq Qarabağ münaqişəsilə bağlı verdiyi açıqlamada deyib.
Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşündən sonra nizamlanma prosesində müəyyən dinamikanın, yaxud Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətdə dəyişikliyin olub-olmaması barədə sualı cavablandıran Paşinyan deyib ki, “Görüş, təmas olub, mahiyyətcə bu mövzuda ilk təmasdır və birinci görüşdən nəticə gözləmək düzgün deyil. Görüşün özü tanışlıq və ünsiyyət baxımından əhəmiyyətlidir”.

Azərbaycan prezidenti İlham Əliyevlə görüşün mümkünlüyünə gəlincə, Paşinyan bildirib ki, bu barədə danışıqlar aparılmır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti