Evində çətənə əkən şəxs tutulub

  13 İyul 2018    Oxunub : 385
Evində çətənə əkən şəxs tutulub
Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Hövsan qəsəbəsində yaşayan Vaqif Quliyevin həyətyanı sahəsinə baxış keçirilib. Bu zaman oradan ümumi çəkisi 33 kiloqram olan 30 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq V.Quliyevin yaşadığı evdən əlavə 2 kiloqramdan artıq qurudulmuş və 1 kiloqram 525 qram yaş vəziyyətdə marixuana aşkar olunaraq götürülüb.

İfadəsində həmin şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini və onlara qulluq etdiyini etiraf edib. Faktla bağlı 30-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.

AzVision.az

Teqlər: