Maduroya qarşı silahlı qiyam hazırlanır

Maduroya qarşı silahlı qiyam hazırlanır
  13 İyul 2018    Oxunub:2368
Venesuela prezidenti Nikolas Maduro qonşu Kolumbiyanı sərhəd ərazilərdə vəziyyəti gərginləşdirmək məqsədilə ölkə ərazisinə silahlı qruplar göndərməkdə ittimam edib.
AzVision.az xəbər verir ki, bu barədə "AVN" agentliyi məlumat yayıb.

“Bizim ərazidə, əziz torpaqlarımızda yaşayan Venesuela əhalisinə zərər vurmaq və təxribatlar həyata keçirmək üçün silahlı qruplar sərhəddən keçərək ölkəyə daxil olurlar. Bu planların arxasında Kolumbiya oliqarxları və ABŞ hökuməti dayanır”, – deyə "AVN" Madurodan sitat gətirib.

Venesuela prezidenti həmçinin, silahlı qüvvələri ölkədə sülhü təmin etmək və mümkün təxribatların qarşısını almaq üçün hazır olmağa çağırıb.

Qeyd edək ki, “Associated Press” agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadən xəbər vermişdi ki, ötən il Karakasa qarşı sanksiyaların tətbiqi ilə bağlı görüşdə prezident Donald Tramp öz köməkçisindən Venesuelaya hərbi müdaxilənin mümkünlüyü ilə bağlı maraqlanıb. Maduro bildirib ki, yayılan xəbərlər və ABŞ müdaxiləsinin mümkünlüyünə dair iddiaları heç də təsadüfi deyil. Onun fikrincə, Venesuela müxalifətinin Ağ Evə səfərindən sonra Tramp müdaxilə barədə danışmağa başlayıb. Məqsəd Venesuelanın neft ehtiyatlarını ələ keçirməkdir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Venesuela   hərbimüdaxilə  





Xəbər lenti