Kılıçdaroğlu Ərdoğana təzminat ödəyəcək

Kılıçdaroğlu Ərdoğana təzminat ödəyəcək
  13 İyul 2018    Oxunub:3245
Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu prezident Rəcəb Tayyip Ərdoğana 3 fərqli iddia üzrə 95 min türk lirəsi (20 min dollar) məbləğində təzminat ödəyəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın sosial şəbəkədəki hesabında bildirib. Onun sözlərinə görə, məhkəmə Ərdoğanın Kılıçdaroğluna qarşı şikayətini təmin edib.

“Kılıçdaroğlunun əleyhinə irəli sürdüyümüz 3 müxtəlif mənəvi təzminat iddiasında məhkəmə ümumilikdə 95 min türk lirəsi təzminat ödənilməsinə dair qərar çıxardı. Mühakimənin bu qərarlarının ardıcıl, səviyyəli və təhqir ehtiva etməyən bir müxalifət dilinə vəsilə olması ən böyük istəyimizdir”, – deyə Aydın qeyd edib.

Xatırladaq ki, Türkiyənin əsas müxalifət partiyası olan CHP-nin sədri Ərdoğana qarşı bir neçə dəfə təhqiramiz və alçaldıcı ifadələr səsləndirib, onu diktator adlandırıb. Kılıçdaroğlu həmçinin, Ərdoğan və yaxınlarını xarici ölkələrə pul köçürməkdə günahlandırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   CHP   təzminat   məhkəmə  





Xəbər lenti