NATO sammitinə içkili getdi, Poroşenkonun üstünə yıxıldı? –VİDEO

  13 İyul 2018    Oxunub : 7227
NATO sammitinə içkili getdi, Poroşenkonun üstünə yıxıldı? –VİDEO
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Jan Klod Yunkerin NATO-nun Brüsseldəki sammitinə içkili halda getməsinə dair iddialar səslənib.
AzVision.az xarici KİV-nə istinadən xəbər verir ki, internetdə Yunkerin NATO-nun sammitində iştirak edərkən sərxoş adam kimi davrandığı videosu yayılıb. Kadrlarda ayaq üstə dura bilməyən Yunkerə ətrafdakı rəsmilərin kömək etdiyi görünür. Hətta pilləkənkərdən də onların köməyilə düşür.

Daha sonra balansı itirən Yunker az qala Ukrayna prezidenti Pyotr Poroşenkonun üstünə yıxılsın. Lakin Poroşenko onu əli ilə saxlaya bilir.



Qeyd edək ki, Aİ Komissiyasının 63 yaşlı sədri bir neçə dəfə önəmli beynəlxalq tədbirlərə içkili vəziyyətdə qatılıb. Yunker ötən il Cenevrə sammitinə sərxoş vəziyyətdə getmişdi. Digər bir rəsmi görüşdə isə Yunker içkili halda siyasətçiləri öpmüş və hətta onları sillələmişdi. Onun əvvəlki təcrübələri NATO-nun Brüssel sammitinə də sərxoş halda qatılması barədə iddialara səbəb olub.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: NATO   Avropa   sərxoşYunker