İran ABŞ-la danışıqlardan imtina etdi
“Bizim danışıqlar aparmaq üçün əsasımız yoxdur. Etibar edilməyən birilə necə danışıqlar aparmaq olar? ABŞ hakimiyyəti nüvə sazişi də daxil olmaqla, beynəlxalq razılaşmaları pozublar”, - deyə Vilayəti vurğulayıb.
Qeyd edək ki, ABŞ 8 mayda İranla olan nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: ABŞ İran nüvəsazişi sanksiya