İran Suriyadan bir şərtlə çıxa bilər

İran Suriyadan bir şərtlə çıxa bilər
  13 İyul 2018    Oxunub:3357
"Biz Suriya və İraqdan yalnız bunu Suriya və İraq hökuməti istəyərsə çıxacağıq"
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, bu sözləri İranın ali dini lideri Ayətulla Əli Xameneyinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti deyib. O, bildirib ki, İran ABŞ-ın təcavüzünə son qoymaq üçün Suriyaya kömək edəcək.

"Suriyanı terror qruplaşmalarından və Amerikanın təcavüzündən qorumaq üçün İran və Rusiya Suriyadakı iştiraklarını davam etdirəcək. Biz İsrail və ABŞ-ın təzyiqlərinə görə yox, əgər İraq və Suriya hökumətləri bunu istəyirsə, dərhal oradan çıxacağıq. Bizim Suriyadakı iştirakımızın İsrailə heç bir aidiyyəti yoxdur. Əlbəttə, öz mövqelərimizi Rusiya və Suriya ilə koordinasiya edirik. Və bu koordinasiyanın İsrailin tələblərinə uyğun gəlməsi lazım deyil", - deyə Vilayəti bildirib.

Əli Əkbər Vilayəti vurğulayıb ki, İran Amerikanın regiondakı iştirakilə ciddi şəkildə mübarizə aparacaq: "Biz Suriyaya ABŞ təcavüzünə qarşı çıxmaqda kömək edəcəyik. Əgər ABŞ bizim regionu tərk etmək istəməsə, biz onu buna məcbur edəcəyik".

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Suriya   ABŞ   İsrail  





Xəbər lenti