Kamerunun müdafiə nazirinə hücum edilib

Kamerunun müdafiə nazirinə hücum edilib
  13 İyul 2018    Oxunub:3244
Kamerunun müdafiə naziri Cozef Beri Assomonun 30 avtomobildən ibarət nəqliyyat karvanına silahlı hücum olub.
AzVision.az "France-Presse" agentliyinə istinadən xəbər verir ki, hücum edənlərin bir neçəsi zərərsizləşdirilib. Kumba rayonunda baş verən insident nəticəsində 4 əsgər və bir jurnalist yaralanıb. Hücumun səbəbləri barədə açıqlma verilmir.

Qeyd edək ki, neft ehtiyatları və kənd təsərrüfatına yararlı torpaqlarla zəngin olan Kamerunda əhalinin 70 faizdən çoxu təhsillidir. Bu, Afrika ölkələri arasındakı ən böyük göstəricilərdən biridir. Lakin bununla belə, ölkədə işsizlik səviyyəsi yüksəkdir və əhali arasında böyük sosial-əmlak təbəqələşməsi mövcuddur. Bu problemlərdə daha çox hazırkı 85 yaşlı prezident Pol Biyanı günahlandırılır.

Həmçinin, rəsmi dil kimi ingilis və fransız dillərinin istifadə olunduğu Kamerunun cənubunda yaşayan ingilisdilli əhali bəyan edir ki, prezident cənubdan çıxanlara ölkənin siyasi həyatında iştirak etməyə imkan vermir. Pol Biyanın özü isə ölkənin fransızdilli hissəsinin nümayəndəsidir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Afrika   Kamerun  





Xəbər lenti