Adnan Oktar qızlara çılpaq namaz qıldırırmış

Adnan Oktar qızlara çılpaq namaz qıldırırmış
  13 İyul 2018    Oxunub:5960
Türkiyədə özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarla bağlı ilginc məqamlar üzə çıxıb. Vaxtı ilə onun hərəmxanasına gətirilən qadınlardan biri Oktarın onları çılpaq şəkildə namaz qılmağa məcbur etdiyini deyib.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, adı açıqlanmayan qadın bildirib ki, 16 yaşında Adnan Oktarın təşkilatından bir kişi ilə tanış olub. Həmin şəxs yeniyetmə qıza hamının etdiyi kimi deyil, fərqli dini ibadətlər haqqında danışıb. Ona deyiblər ki, namazın lüt qılınması savab sayılır.

"Bu, mənə məntiqsiz gəlirdi, amma onların təsirinə düşmüşdüm. O, məni inandırmışdı ki, qrupun kişiləri ilə cinsi əlaqədə olmaq savabdır. Buna görə oradakı bir çox kişi ilə əlaqədar olmuşam. Nəticədə xəstəliyə yoluxdum. Qrup daxilindəki cariyə qızların evinə gedib gəlirdim. Orada Adnan Oktarın kitablarını oxuyurdular. "Qardaşlar" adlandırılan qrupun evlərində də qızlar cinsi istismara məruz qalırdı. Onlara deyirdilər ki, cinsi əlaqələrin savabını o dünyada görəcəyik. Onlardan canımızı qurtarmaq istədikdə isə cəhənnəmə düşəcəyik deyə, basqı edirdilər. Adnan hoca ilə görüşəndə məni yanına çağırıb əli ilə dodaklarıma və belimə toxunub baxdı. Sonra "qardaşlar"ın sözünə baxmağı məsləhət gördü. Bizi ailələrimizdən uzaq tuturdular", - deyə qadın müsahibəsində deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə Harun Yahya adı ilə tanınan və özünü ilahiyyatçı adlandıran Adnan Oktar saxlanılıb. İstanbul daxil olmaqla 5 regionda aparılan əməliyyat nəticəsində Adnan Oktar tərəfdarı olduğu bilinən 235 nəfər tutulub.

AzVision.az


Teqlər: Adnan-Oktar  





Xəbər lenti