ABŞ 12 rusiyalıya qarşı ittiham irəli sürüb

ABŞ 12 rusiyalıya qarşı ittiham irəli sürüb
  14 İyul 2018    Oxunub:2707
ABŞ Ədliyyə Nazirliyi xüsusi prokuror Robert Müllerin araşdırması çərçivəsində 12 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ ədliyyə nazirinin birinci müavini Rod Rozenstayn bildirib.
Qeyd edilib ki, Rusiya xüsusi xidmət orqanlarının 12 əməkdaşı ABŞ-da 2016-cı ildə keçirilən seçkiqabağı kampaniya zamanı haker hücumlarının həyata keçirilməsində şübhəli bilinirlər.

Rozenstayl onların Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olduğunu deyib. İddia edilir ki, həmin şəxslər seçki komissiyasının saytını sındırıblar.

AzVision.az


Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti