Deputat Rusiyada döyülən həmyerlimizdən danışdı
Məsələn, bu gün Rusiyada bir azərbaycanlı, Ruslan Arif oğlu Qaraxanlı vəhşicəsinə öldürülüb. Günün günorta çağı paytaxtın İzmaylovo rayonu ərazisində yerləşən ticarət mərkəzinin yanında yerləşən dayanacaqda üzərində çoxsaylı bıçaq zərbələri olan kişi meyiti tapılıb. Onun küt alətlə döyüldüyü, daha sonra isə kəsici alətlə bədəninin müxtəlif yerlərinə zərbələr endirilməklə qətlə yetirildiyi məlum olub. Amma Rusiyanın nə hüquq-mühafizə orqanları nə də ki, “KİV”-ləri bu barədə “isteriya” yaratmayıblar.
Açıq deyək çünkü qətlə yetirilən azərbaycanlıdır... Və onun öldürülməsi ətrafında şou Rusiyanın böyük siyasi çevrələrinin maraqğında deyil... Amma bir rus kökənli insanın qətlə yetirilməsi ətrafında şübhəli azərbaycanlı Orxan Zeynalov olunca əllərinə düşən fürsəti Azərbaycan, azərbaycanlılar əlehinə əldən vermədilər. Onun həbs olunması, nazirin qəbuluna gətirilməsi kimi səhnələr, onların KİV-lərə gen bol ötürülməsi isə tam bir rəzalətdir. İndiyə qədər Rusiyada bu qədər azərbaycanlı öldürülüb və onlar arasında dəhşətli amansızlıqla qətlə yetirilənlər də az deyil amma biz onları qətlə yetirənlərin nazirin qəbuluna gətirilməsi, oradakı görüntülərin KİV-lərə ötürülməsi hadisəsinin şahidi olmadıq. Bir sözlə tam bir rəzalət. Məhkəmə olmadanbu cür addımlar hüquq aliliyi olan dövlətlər də baş vermir. Nə isə... Çox şey yazmaq olar... Azərbycan dövləti baş verən bu xoşagəlməz hadisəyə reaksiya verdi və inanırıq ki, bundan sonra da lazımlı addımlar atılacaq. Rusiyada yaşayan soydaşlarımız, azərbaycanlılar diqqətli və ehtiyatlı olmalıdırlar. Bu “şou” dan sonra bu ölkədə bir sıra “millətçi” qrupların aktivləşəcəyi istisna deyil və insanlarımız bir müddət çox ehtiyatlı olsalar yaxşıdır. Bəlkə bu günkü hadisə də bunun bir işarəsidir... Məncə hər birimiz əslində nə baş verdiyinin və bu “isteriyanın” arxasında dayanan böyük maraqları anlaya bilirik. İnşallah bu istiqamətdə arzularına çatmazlar...
AzVision.az