ABŞ neft istehsalı üzrə dünya lideri olacaq

ABŞ neft istehsalı üzrə dünya lideri olacaq
  14 İyul 2018    Oxunub:2829
ABŞ 1970-ci illərdə SSRİ-yə güzəştə getdiyi neft istehsalı üzrə dünya lideri statusunu 2019-cu ildə geri qaytaracaq.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi nəzdindəki İnformasiya idarəsi bəyanat yayıb.

Qurumun ekspertlərinin hesablamalarına əsasən, gələn il ABŞ-da gündəlik neft hasilatı 11,8 milyon barrelədək artacaq.

“Əgər bizim proqnozlar dəyişməyəcəksə, bu, o deməkdir ki, ABŞ neft istehsalına görə yenidən dünya lideri olacaq”, – deyə CBS telekanalı idarənin rəhbəri Linda Kapuanodan sitat gətirib.

ABŞ Energetika Nazirliyinin məlumatına əsasən, 2017-ci ildə Rusiya gündəlik 10,3 milyon barreldən çox, Səudiyyə Ərəbistanı 10 milyondan bir qədər az, ABŞ isə 9,4 milyon neft hasil edib.

Qeyd edək ki, dünya bazarında neft qiymətlərinin aşağı düşməsi üçün iyunun sonunda ABŞ-la Səudiyyə Ərəbistanı arasında razılığın əldə olunmasına dair məlumatlar yayılmışdı. Deyilənə görə, Donald Tramp Səudiyyə kralının gündəlik neft istehsalını daha 2 milyon barrel artıracağına söz verdiyini bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   SSRİ   neftistehsalı  





Xəbər lenti