İsrail HƏMAS-ı vurdu – VİDEO

İsrail HƏMAS-ı vurdu – VİDEO
  14 İyul 2018    Oxunub:2024
İsrailin hərbi hava qüvvələri bu gecə Qəzza zonasının cənubunda yerləşən HƏMAS obyektlərinə raket zərbələri endirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti "Tvitter" səhifəsində məlumat yayıb.

“Bu gecə döyüş təyyarələri Qəzza zonasının cənubundakı terrorçuların hücum tunelinə, həmçinin anklavın bütün ərazisi üzrə yerləşən hərbi komplekslərdəki bir neçə terror obyektlərinə zərbələr vurublar”, – deyə məlumatda bildirilib. İsrail tərəfi bununla belə, cavab zərbələri aldıqlarını da etiraf edib.

Ordunun mətbuat xidməti bildirib ki, Qəzza zonasından İsrail istiqamətində təxminən 17 raket buraxılıb. Onlardan beşi “Dəmir günbəz” raket əleyhinə müdafiə sistemləri vasitəsilə ələ keçirilərək zərərsizləşdirilib.

Qarşı tərəf İsrailin bəyanatilə bağlı hələ ki açıqlama verməyib.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İsrail   Fələstin   Qəzza   HƏMAS  





Xəbər lenti