Magistr birincimiz KİMDİR

Magistr birincimiz KİMDİR
  05 Mart 2013    Oxunub:6101
Magistratura imtahanında ən yüksək nəticə əldə edən bakalavrın kimliyi məlum olub
Magistratura imtahanında ən yüksək nəticə əldə edən bakalavrın kimliyi məlum olub. Azvision.az-ın əldə etdiyi məlumata görə, Magistraturaya qəbul imtahanlarının birinci mərhələsində ən yüksək balı 97 bal toplayan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Fəridə Musayevadır. O, 2009-cu ildə ən yüksək nəticəni 700 balı yığaraq, ölkə birincisi olub.
Fəridə Mehman qızı Musayeva 1992-ci il iyulun 11-də Bakı şəhərində hərbiçi ailəsində doğulub. 1998-ci ildə paytaxtın 20 nömrəli orta məktəbində I sinfə gedən Fəridə IV sinfi bitirdikdən sonra valideynləri onu təhsilini davam etdirməsi üçün Türkiyə Diyanət Vəqfinin Bakı Türk Liseyində qoyublar. Liseyə qəbul imtahanlarını müvəffəqiyyətlə verən F.Musayeva 2002-ci ildən orada V sinifdə oxumağa başlayıb. Liseydə bilik və bacarığı ilə həmişə fərqlənən istedadlı şagird bu təhsil ocağını tərifnamələr, fəxri fərmanlarla başa vurub. 2009-cu ildə mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarını da uğurla verən Fəridə Musayeva liseyi fərqlənmə attestatı ilə bitirib, sənədlərini ali məktəblərə qəbul imtahanlarında iştirak üçün III ixtisas qrupuna verib.

Qeyd edək ki, Fəridə Musayeva həm də Prezident təqaüdçüsü olub.

Fəridə Musayeva ilə eksklüziv müsahibə az sonra AzVision.az-da olacaq.

Sevinc İLTİFATQIZI



Teqlər:  





Xəbər lenti