Pakistanda ölənlərin sayı 133-ə çatıb - VİDEO

Pakistanda ölənlərin sayı 133-ə çatıb - VİDEO
  14 İyul 2018    Oxunub:2897
Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində həlak olanların sayı 132 nəfərə çatıb. 200-dən çox insan yaralanıb.
AzVision.az “Financial express”ə istinadən xəbər verir ki, Pakistanda 25 iyulda nəzərdə tutulan parlament seçkiləri öncəsi Bəlucistan və Mastunq əyalətlərində keçirilən seçkiqabağı mitinqdə törədilən bu teraktda 16-20 kiloqram partlayıcı maddədən istifadə olunub.

Ölənlər arasında “Bəlucistan Avami” partiyasının lideri Navabzada Siray Raysani də var. Yaralıların əkəsəriyyətinin vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı istisna edilmir.

Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Qeyd edək ki, Bəlucistandakı partlayış 2014-cü ilin dekabrında Peşavardakı Ordu məktəbində 150 nəfərin ölümü ilə nəticələnən teraktdan sonra Pakistandakı ən dəhşətli və irimiqyaslı terror hadisəsidir.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Pakistan   Bəlucistan   terror   İŞİD   parlamentseçkisi  





Xəbər lenti