Hindistan hökuməti Tac-Mahalı dağıdır

Hindistan hökuməti Tac-Mahalı dağıdır
  14 İyul 2018    Oxunub:3203
Hindistan Ali Məhkəməsinin hakimləri bəyan ediblər ki, ölkə hökumətini Tac-Mahalı dağıtmağa məcbur edəcəklər.
AzVision.az “Hindustan Times”a istinadən xəbər verir ki, hakimlər bu qərarın səbəbini Aqra şəhərində yerləşən memarlıq abidəsinin bərpaya ehtiyac duyması ilə izah ediblər.

Onların fikrincə, dünyaca məşhur türbəyə düzəldilməsi mümkün olmayan ciddi ziyanlar dəyib. Tac-Mahalın tikildiyi ağ mərmərlər 350 ildən çoxdur ki, kif və çoxsaylı çatlarla örtülüb. Hindistan hökuməti isə unikal mavzoleyin qorunub saxlanması üçün heç bir iş görmür.

Bu səbəbdən də, hökumətin hərəkətsizliyi və laqeydliyindən hiddətlənən Ali Məhkəmənin hakimləri Tac-Mahalın sökülməsinə dair qərar çıxaracaqlarilə hədələyiblər. Hakimlərin Hindistan hökumətinə ünvanlandığı məktubda problemin həlli üçün 3 variant təklif edilir: Tac-Mahal bağlansın, bərpa edilsin, yaxud ümumiyyətlə tamamilə dağıdılsın. Hökumət isə bildirib ki, problemin həlli Hindistan Texniki Universitetinə həvalə olunub. Müvafiq hesabatın hazırlanması üçün 4 ay vaxt tələb olunur.

Qeyd edək ki, Tac-Mahal dünyanın yeddi yeni möcüzəsindən biri sayılan unikal türbə-məsciddir. Böyük Moğol İmperiyasının hökmdarı Cahan şahın vəfat etmiş həyat yoldaşı Mümtaz-Mahalın xatirəsinə ucaltdığı bu abidəni XVII əsrdə türk memarları tikib. Türbədə Mümtaz-Mahalın və Cahan şahın tabutları yerləşdirilib.

Hindistanın Aqra şəhərində yerləşən memarlıq abidəsi dünyada ən çox turist cəlb edən məkanlardan biridir. Gün ərzində Tac-Mahalın gözəlliyini görmək üçün 200 min turist türbəni ziyarət edir. Tac-Mahal 1983-cü ildə YUNESKO-nun dünyanın maddi-mənəvi irsi elan edilib və Hindistanda müsəlman incəsənətinin incisi adlandırılıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Hindistan   Tac-Mahal  





Xəbər lenti