Tramp Putinlə 3 saat söhbət edəcək

Tramp Putinlə 3 saat söhbət edəcək
  14 İyul 2018    Oxunub:2591
ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putinin Helsinki sammiti çərçivəsindəki görüşü təxminən 3 saat çəkəcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, “HELSINKI2018” mobil tətbiqetmədə yayımlanan görüş cədvəlindəki qeydlərə əsasən belə qənaətə gəlinib.

“Putin və Trampın təkbətək görüşü saat 13:15-də başlayacaq. Putinin Sauli Niinistye (Finlandiya prezidenti - red.) ilə görüşü isə 16:30-da olacaq”, – deyə cədvəldə qeyd olunub.

Xatırladaq ki, Trampla Putinin görüşü 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Bu onların çoxtərəfli beynəlxalq forumlar çərçivəsindən kənar keçirəcəkləri ilk təkbətək və tamformatlı görüşü olacaq. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhran olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   helsinki  





Xəbər lenti