ABŞ sanksiyalarla özünü təcrid edib – Tehran

ABŞ sanksiyalarla özünü təcrid edib – Tehran
  14 İyul 2018    Oxunub:2128
İrana qarşı sanksiyaları ABŞ-ı indiyədək Tehranla müqayisədə daha çox təcrid edib.
AzVision.az xəbər verir ki, İran prezidenti Həsən Ruhani bu gün dövlət televiziyasındakı çıxışında belə deyib. Bildirib ki, ABŞ indi həmişə olduğundan daha çox təcrid vəziyyətinə düşüb. Xüsusən də, öz müttəfiqləri arasında.

“Bu gün biz elə bir şəraitdəyik ki, İrana qarşı sanksiyalar məsələsinə görə ABŞ indiyədək olduğundan daha çox təcrid edilib... gördüyümüz kimi, sanksiyalar onu hətta öz müttəfiqləri arasında da təcrid vəziyyətinə salıb.” – deyə Ruhani diqqəti ötən gün Böyük Britaniyaya səfər edən ABŞ prezidenti Donald Trampın kütləvi etirazlarla qarşılanmasına yönəldib.

Qeyd edək ki, ABŞ 8 mayda İranla olan nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İran   nüvə   sanksiya  





Xəbər lenti