İtaliya prezidenti Azərbaycana gələcək

İtaliya prezidenti Azərbaycana gələcək
  14 İyul 2018    Oxunub:3597
İtaliya Prezidenti Sergio Mattarella Azərbaycana dövlət səfəri edəcək.
Mattarella iyulun 17-də axşam Gürcüstana səfərindən sonra Bakıya gələcək. Səfərin məqsədi İtaliya və Azərbaycan arasında iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirməkdir.

Səfər çərçivəsində iyulun 18-də S.Mattarellanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Sergio Mattarella ADA Universitetində mühazirə ilə çıxış edəcək, iyulun 19-da isə İtaliya-Azərbaycan biznes forumunda iştirak edəcək.

Səfər iyulun 19-da başa çatacaq. (Report)

AzVision.az


Teqlər: İtaliya  





Xəbər lenti