Los-Ancelesdə avtobus qəzası - 25 yaralı

Los-Ancelesdə avtobus qəzası - 25 yaralı
  15 İyul 2018    Oxunub:2617
Los-Anceles şosesində (Kaliforniya ştatı) avtobusun aşması nəticəsində 25 sərnişin xəsarət alıb.
AzVision.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhərin yanğından mühafizə idarəsi məlumat yayıb.

Qurumun məlumatında avtobusda 32 nəfərin olduğu bildirilir. Qəzanın fəsadlarının qarşısını almaq məqsədilə hadisə yerinə 84 yanğınsöndürən cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan dördünün vəziyyəti ağırdır. Hadisənin səbəbi barədə məlumat verilməyib.

AzVision.az


Teqlər: ABŞ   Qəza  





Xəbər lenti