“ASAN Xidmət” İmişlidə

  17 Oktyabr 2013    Oxunub : 486
“ASAN Xidmət” İmişlidə
Azərbaycanın İmişli rayonunun 115 mindən çox sakini səyyar "ASAN Xidmət"dən yararlana biləcək.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə FonduƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Xatırladaq ki, Səyyar "ASAN Xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən, "ASAN Xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.

Artıq Quba şəhərində Quba, QusarXaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda SabirabadSaatlı, Şamaxı şəhərində Şamaxı, QobustanAğsu, Salyan rayonunda SalyanNeftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda Astara, Qəbələ rayonunda Qəbələ , Kürdəmir rayonunda Kürdəmir, Ağcabədi rayonunda AğcabədiAğdam , Lənkəran şəhərində isə LənkəranLerik, Yevlax rayonunda Mingəçevir və Yevlax, Cəlilabad rayonunda isə CəlilabadBiləsuvar rayonlarının sakinlərinə səyyar " ASAN Xidmət" göstərilib.

İndiyədək Səyyar "ASAN Xidmət" çərçivəsində 15 məntəqədə 27 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar "ASAN Xidmət" in göstərilməsi planlaşdırılır.

AzVision.az

Teqlər: