Gürcüstanda şaxtada qəza - Ölənlər var

Gürcüstanda şaxtada qəza - Ölənlər var
  16 İyul 2018    Oxunub:7033
Gürcüstanın qərbindəki Tkibuli şəhərində Mindeli adına şaxtada baş verən qəza nəticəsində 4 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə “Qruzuqol” şirkətinin direktoru Cambul Cakeli bildirib. Gürcüstanın Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, ölənlərin cəsədləri artıq şaxtadan çıxarılıb. Daha 6 nəfərin yaralandığı və xəstəxanaya yerləşdirildiyini bildirib. Şaxta işçilərinin ölüm səbəbi bilinmir. İnsidentin təfərrüatlarının üzə çıxarılması üçün istintaq aparılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Gürcüstan   şaxta   qəza  





Xəbər lenti