Münasibətlərimiz ABŞ-ın “axmaqlığına” görə pozulub – Tramp

Münasibətlərimiz ABŞ-ın “axmaqlığına” görə pozulub – Tramp
  16 İyul 2018    Oxunub:1919
Rusiya ilə münasibətlərimiz ABŞ-ın çoxillik axmaqlığı ucbatından daha da pisləşib.
AzVision.az bildirir ki, Helsinkidə rusiyalı həmkarı Validimir Putinlə görüşə hazırlaşan ABŞ prezidenti Donald Tramp öz tvitter səhifəsində belə yazıb.

“ABŞ-ın çoxillik ağılsızlığı və axmaqlığı, hazırda isə ifritə ovuna çıxmağımız sayəsində Rusiya ilə münasibətlərimiz indiyədək bundan pis olmamışdı.” – deyə Tramp özündən əvvəlki administrasiyaların Moskvaya münasibətdə yürütdüyü siyasəti təndiq edib.

Xatırladaq ki, Trampla rusiyalı həmkarı Putinin görüşü bu gün Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Bu onların çoxtərəfli beynəlxalq forumlar çərçivəsindən kənar keçirəcəkləri ilk təkbətək və tamformatlı görüşü olacaq. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhran olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Helsinki  





Xəbər lenti