İran Ermənistan dostluğu genişlənir

İran Ermənistan dostluğu genişlənir
  04 Fevral 2013    Oxunub:2686
Əsas əməkdaşlıq kənd təsərrüfatı, nəqliyyat, energetika və sənaye sahələrində nəzərdə tutulub
Ermənistanla İran arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollara çatacaq. Bu haqda İranın Şərqi Azərbaycan vilayətinin qubernatoru Əhməd Əlirza Beyqi erməni həmkarı ilə görüşündən sonra açıqlama verib. Onun sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon dollar təşkil edir. “Yaxın gələcəkdə isə bu rəqəmləri iki dəfə artırmağı düşünürük”, Beyqi deyib.
Əhməd Əlirza Beyqi İranla Ermənistan arasında kənd təsərrüfatı, nəqliyyat, energetika və sənaye sahəsi də daxil olmaqla bütün sahələrdə fəal əməkdaşlıığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Erməni qubernator Suren Xaçatryan isə qeyd bildirib ki, Ermənistanın inkişaf etməsi üçün İranın böyük ehtiyacı var.


Teqlər:  





Xəbər lenti