Paşinyan aprel döyüşlərinin təkrarlanacağından qorxur
AzVision.az xəbər verir ki, bu barədə “Facebook”da canlı yayıma çıxan Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Vəziyyətin gərgin olduğunu bildirən Paşinyan izləyiciləri əmin etməyə çalışıb ki, itkilərə baxmayaraq, vəziyyət nəzarətdədir.
Bu mənada Ermənistanın baş naziri 2016-cı ilin aprel döyüşlərinin təkrarlanacağından ehtiyatlandığını gizlədə bilməyib.
“Təmas xəttində Azərbaycan qoşun birləşmələrinin cəmləşdiyini görürük. Bu cür təmərküzləşmə aprel döyüşlərindən əvvəl də müşahidə olunurdu. Naxçıvan istiqamətində də bəzi hərəkətlənmələr müşahidə olunur”, - deyə Paşinyan vurğulayıb.
Qarabağda yenidən hərbi əməliyyatların başlayacağı ilə bağlı xalqın arahatlığını aradan qaldırmaq üçün öz oğlunun Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçdiyini xatırladan Paşinyan, bir növ həm də orduda xidmətdən yayınanlara təsəlli verməyə çalışaraq, bütün erməniləri Ermənistanın maraqlarını qorumağa çağırıb.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Azərbaycan Ermənistan dağlıqQarabağ Naxçıvan