İkinci “Brexit” referendumu keçirilməyəcək

İkinci “Brexit” referendumu keçirilməyəcək
  16 İyul 2018    Oxunub:2070
Böyük Britaniya hökuməti heç bir halda ölkənin Avropa İttifaqından (Aİ) çıxmasına dair ikinci referendum keçirməyəcək.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Britaniya baş naziri Tereza Meyin mətbuat katibi bildirib.

“Britaniya cəmiyyəti Avropa İttifaqından çıxmağın lehinə səs verib. Heç bir halda ikinci referendum olmayacaq”, – deyə Meyin rəsmi nümayəndəsi vurğulayıb.

Britaniyanın Aİ-dançıxmasının əleyhdarları “Brexit” üzrə yeni refrendumun keçirilməsinə təkid edirlər. Nüfuzlu “The Times” qəzetində ölkənin keçmiş təhsil naziri Castin Qrininqin “Dalandan çıxmağı yeganə yolu – Brexit üzrə yeni referendum keçirməkdir” başlıqlı məqaləsi dərc olunub. Yeni referendum tərəfdarlarının fikrincə, dalana dirənən “Brexit” prosesini siyasətçilərin və pərdəarxası razılaşmaların əlindən alıb insanlara vermək lazımdır.

Xatırladaq ki, ötən həftə isə Böyük Britaniyanın xarici işlər naziri Boris Conson və Britaniyanın “Brexit” məsələləri üzrə naziri Devid Devis ölkənin Avropa İttifaqından çıxmasilə əlaqədar baş nazirin yürütdüyü “yumşaq siyasətə” etiraz olaraq istefa veriblər. Ümumilikdə isə, baş nazirlə yaşanan gərginlik və fikir ayrılığı fonunda Krallığın 9 siyasətçisi istefa edib.

Qeyd edək ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesini rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Brexit   Avropaİttifaqı   Britaniya  





Xəbər lenti