İran ABŞ-ı beynəlxalq məhkəməyə verdi

İran ABŞ-ı beynəlxalq məhkəməyə verdi
  16 İyul 2018    Oxunub:2407
İran birtərəfli sanksiyaları yenidən tətbiq etdiyinə görə ABŞ-a qarşı BMT-nin Beynəlxalq Məhkəməsinə şikayət ərizəsi verib
AzVision.az xəbət verir ki, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif "Tvitter" hesabında məlumat verib.

“Bu gün İran birtərəfli sanksiyaları qanunsuz şəkildə yenidən tətbiq etdiyinə görə ABŞ-ı məsuliyyətə cəlb etmək üçün BMT-nin Beynəlxalq Məhkəməsinə şikayət ərizəsi təqdim edib. ABŞ tərəfindən hüququ öhdəliklərə və diplomatiyaya hörmətsizlik edilməsinə rəğmən, İran qanunun aliliyinə sadiqdir. Onların beynəlxalq hüququ pozmaq vərdişlərinə qarşı çıxmaq vacibdir”, – deyə Zərif vurğulayıb.

Qeyd edək ki, ABŞ 8 mayda İranla olan nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini, həmçinin yeni növ saksiyalar tətbiq edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İran   nüvə   sanksiya   BMT   beynəlxalqməhkəmə  





Xəbər lenti