Tramp-Putin görüşü başa çatdı

Tramp-Putin görüşü başa çatdı
  16 İyul 2018    Oxunub:3101
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın Helsinkidəki ilk təkbətək görüşü başa çatıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, görüş gözləniləndən uzun çəkib. Protokola görə, ikitərəfli danışıqlara bir saat yarım vaxt ayrılsa da, Trampla Putinin yalnız tərcüməçilərin iştirakilə olan təkbətək görüşü 2 saat 10 dəqiqə çəkib.

Bunun ardınca digər siyasətçilərin də iştirakilə daha geniş tərkibdə ABŞ-Rusiya danışıqları aparılacaq. Protokola əsasən, geniş formatlı görüşün 1 saat 45 dəqiqə çəkəcəyi gözlənilir.

Qeyd edək ki, Trampla Putinin bugünkü görüşü onların çoxtərəfli beynəlxalq forumlar çərçivəsindən kənar keçirdikləri ilk təkbətək görüşdür. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhrandır. Bağlı qapılar arxasında görüşü davam etdirməzdən əvvəl Tramp bildirib ki, indi ikitərəfli əlaqələrin normallaşması üçün imkan yaranıb və ümid edir ki, Rusiya ilə xüsusi münasibətlər formalaşacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Helsinki  





Xəbər lenti