Aureliya Qriqoriu: `Ruslar şou göstərdilər` - EKSKLÜZİV

Aureliya Qriqoriu: `Ruslar şou göstərdilər` - EKSKLÜZİV
  17 Oktyabr 2013    Oxunub:1446
25 yaşlı Moskva sakini Yeqor Şerbakovun qətlə yetirilməsində şübhəli bilinən azərbaycanlının saxlanılması bir çox sualların yaranmasına səbəb olub. AzVision .az bununla bağlı moldaviyalı ombudsman Aureliya Qriqoriyadan münasibət öyrənib.

Yeqor Şerbakovun öldürülməsində şübhəli bilinən Orxan Zeynalov saxlanıldıqdan sonra öz günahını etiraf edib. Saxlanma qrupunun hüquq normalarına nə qədər riayət etməsi ilə bağlı sualımıza Aureliya Qriqoriya belə cavab verib: `İlk olaraq Yeqor Şerbakovun yaxınları və doğmalarına öz baş sağlığımı bildirirəm.
Amma deyim ki ,hüquqi baxımdan istintaq prosesinin məzhəkə və oyuna çevrilməsi qətiyyən yol verilməzdir. Orxan Zeynalovla bağlı video materialları izləyərkən mən bir mütəxəssis kimi cinayət və cinayət-prosessual qanunvericiliyinin bir sıra normalarının ciddi şəkildə pozulması hallarını müşahidə etdim. Və həmin pozuntuların ağırlığı gələcəkdə Orxan Zeynalovun günahı təsdiqlənsə belə, ona cəzadan boyun qaçırmaq haqqı verə bilər`.

Moldaviyalı ombudsman gördüklərinə vəkil və hüquqşünas kimi qiymət verərək bildirib ki, həmyerlimizin situasiyasında cinayət hüququnun bir sıra prinsipləri pozulub: “Burada ilk olaraq qanunilik prinsipindən söhbət gedir. Həmin prinsipə əsasən, məhkəmə instansiyasının qərarı olmadan heç kim hər hansı bir cinayətdə günahkar elan oluna və cəzaya cəlb oluna bilməz. Təqsirsizliyin prezumpsiyası prinsipinə əsasən, törətdiyi cinayət məhkəmədə sübut olunanadək hər bir kəs təqsirsiz hesab olunur, qanun qarşısında bərabərlik prinsipinə əsasən, cinsi, irqi, dərinin rəngi, dili, dini siyasi və ya digər baxışlarından, milli və sosial mənşəyindən, hər hansısa milli azlığa mənsub olmasından, əmlak, silki və ya hər hansı digər mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun, prokurorluq orqanı və məhkəmə instansiyası qarşısında bərabərdir. İnsan hüquqlarının qorunması prinsipinə əsasən, cinayət mühakiməsində iştirak edən hər bir kəsin şəxsiyyət hüquqlarının azadlıq və ləyaqətinə hörmət edilməlidir. Bütün bunlar saxlanılan O.Zeynalova qarşı törədilmiş hüquq pozuntularının yalnız bir hisəsidir» - deyə A.Qriqoriu vurğulayıb.

25 yaşlı Yeqor Şerbakovun qatilinin məhz Orxan Zeynalov hesab etmək olarmı sualına cavab olaraq, ombudsman bildirib ki, Zeynalov artıq faktiki olaraq bu cinayətdə təqsirli elan olunub və öz günahını etiraf edib.

Həmin video materialları 25 yaşlı Moskva sakinin hər hansısa `qafqazlı` tərəfindən oldürüldüyünün sübutu hesab etmək olarmı məsələsində ombudsman `KOBRA`-nın təqdim etdiyi operativ çəkilişdə saxlanılan şəxsə qarşı qəddarlıq aydın görünür.

Onun özlərinə görə, O. Zeynalovun nəqliyyat vasitəsində üzü aşağı uzadılmış vəziyyətdə və meyit kimi baş, üzü örtülmüş halda çatdırılması insan ləyaqətinin açaldılmasını göstərir.

`Ona öz hüquqlarının oxunduğu, günahının etirafı zamanı yanında hüquqşünasın olub-olmadığı, etirafın fiziki və ya psixoloji zorakılığın nəticəsində əldə olunduğunu və nəhayət saxlanılan şəxsin vətəndaşı olduğu dövlətin konsulluğuna həmin şəxsin cinayətdə şübhəli bilindiyi , saxlandığı haqqında məlumatın verilib-verilmədiyi də müəyyən deyil`.

Həmçinin, hüquqşünas qanunsuzluğun və istintaq orqanlarının, ilkin istintaq və məhkəmə istintaqı orqanlarının funksiyalarının başqaları tərəfindən yerinə yetirilməsinin yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, bu zaman cinayət mühakimə icrasının əsas prinsiplərindən biri-cəzanın labüdlüyü prinsipi pozulub: “Nümayiş olunmuş operativ fəaliyyətin özü günahın sübutundan daha çox suallar doğurur. Məsələn, cinayətdə təqsirli bilinən şəxslərdən neçəsi Rusiya DİN-inə təqdim olunub? Törədilmiş cinayətin Biryulov mərkəzi və oradakı «qafqazlıların» necə işlədikləri ilə nə kimi əlaqəsi var? Şübhəli bilinən şəxsin etnik mənsubiyyətinin xüsusi vurğulanmasında əsas məqsəd nə idi? və s.”

A. Qriqoriu onu da əlavə edib ki, həmyerlimizin işi ilə bağlı peşəkarlıq əvəzinə şou göstərilməsi təəssüf hissləri doğurur.

Balifa Baxşiyeva
Ülkər Qurbanəliyeva



Teqlər:  





Xəbər lenti