İsti hava 2 min nəfəri xəstəxanalıq etdi

İsti hava 2 min nəfəri xəstəxanalıq etdi
  16 İyul 2018    Oxunub:2494
Yaponiyadakı kəskin isti hava şəraiti səbəbindən sutka ərzində 5 nəfər dünyasını dəyişib, 2 mindən çox insan isə xəstəxanaya yerləşdirilib.
AzVision.az Kiodo agentliyinə istinadən xəbər verir ki, onların sırasında bu günlərdə Yaponiyadakı leysan və torpaq sürüşmələri nəticəsində xəsarət alanlar da var.

İstidən əziyyət çəkənlər əsasən, Aiti, Osaka, Kioto, Qifu və Hyoqo prefekturalarında yaşayanlar olub.

Qeyd edək ki, Yaponiyanın cənub-qərbindəki təbii fəlakətlərdən sonra ölkədə havanın temperaturu 40 dərəcə istiyədək yüksəlib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Yaponiya   istihava  





Xəbər lenti