ABŞ-Rusiya geniştərkibli görüşü başladı

ABŞ-Rusiya geniştərkibli görüşü başladı
  16 İyul 2018    Oxunub:3028
ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin 2 saatdan çox çəkən təkbətək görüşün ardından geniştərkibli danışıqlara başlayıblar.
AzVision.az “Russia Today”ə istinadən xəbər verir ki, işçi səhər yeməyi masası arxasında aparılan ABŞ-Rusiya danışıqlarında hər iki ölkə liderlərilə yanaşı xarici işlər nazirləri və administrasiyların üzvləri də iştirak edirlər. Geniş formatlı görüş mediaya qapalı keçirilir.

Rusiya tərəfdən prezident Putin və xarici işlər naziri Sergey Lavrovla bərabər, Kremlin sözçüsü Dmitri Peskov və Putinin köməkçisi Yuri Uşakov görüşdə iştirak edirlər.

Geniştərkibli ABŞ-Rusiya ikitərəfli görüşünün protokola uyğun olaraq 1 saat 45 dəqiqəçəkəcəyi gözlənilir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Helsinki  





Xəbər lenti