"Əliyevlə görüş barədə razılıq olmayıb" - Ermənistan XİN

"Əliyevlə görüş barədə razılıq olmayıb" - Ermənistan XİN
  16 İyul 2018    Oxunub:4742
"11 iyulda Brüsseldə Ermənistan və Azərbaycan xarici işlər nazirləri Zohrab Mnatsakanyanla Elmar Məmmədyarovun keçirdiyi görüşdə Azərbaycan prezidenti İlham Əliyevlə görüş barədə heç bir razılıq olmayıb".
AzVision.az xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, nazirlərin Brüssel görüşündə bu cür təmasların davamlı olacağına dair razılıq əldə olunub.

“Qeyri-rəsmi səviyyədə səsləndirilmişdi ki, seçkiqabağı müddətdə danışıqlarda fasilələr ola bilər. Düşünürük ki, seçkiqabağı mərhələ danışıqlar prosesi üçün maneə deyil”, - deyə Balayan bildirib.

Jurnalistlərin “Ermənistan XİN Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda dinamikanın artırılmasına ehtiyac görürmü?” sualına Tiqran “biz passiv olmamışıq” - deyə cavab verib. O, həmçinin bildirib ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Cenevrə və Sankt-Peterburqda əldə olunan razılaşmalara əməl edilməlidir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti