"Rusiya ilə münasibətlər kökündən dəyişdi" - Tramp

"Rusiya ilə münasibətlər kökündən dəyişdi" - Tramp
  17 İyul 2018    Oxunub:4467
"Helsinkidə keçirilmiş Rusiya-ABŞ sammitindən sonra Moskva və Vaşinqton arasında münasibətlər kökündən dəyişdi"

AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşlə bağlı açıqlamasında deyib.
Rusiya və ABŞ arasında dialoqun dünyanın maraqlarına cavab verdiyini söyləyən Tramp Putinlə görüşün məhsuldar keçdiyini bildirib: "Vaxtilə münasibətlərin pisləşməsində hər iki tərəf təqsirkar olub, səhvlərə yol verib. Bu cür dialoqa çoxdan başlamaq lazım idi".

Tramp, həmçinin qeyd edib ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının və ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndələri tezliklə görüşəcəklər.

"Diskussiyaları davam etdirmək iki ölkənin marağındadır və görüşdə bu barədə razılıq əldə edilib. Gələcəkdə tez-tez görüşlər keçiriləcəyinə əminəm".

AzVision.az


Teqlər: ABŞ   Tramp   Putin  





Xəbər lenti