Ərdoğan Trampla Suriyanı müzakirə edib

Ərdoğan Trampla Suriyanı müzakirə edib
  17 İyul 2018    Oxunub:4353
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, telefon danışığı zamanı prezidentlər Suriya probleminə dair fikir mübadiləsi aparıblar. Həmçinin Menbiç məsələsi ilə bağlı ortaq yol xəritəsinin tətbiqinin Suriya problemin həlli üçün əməkdaşlıqda mühüm rol oynayacağı vurğulanıb.

Bundan əlavə, prezidentlər ikili münasibətlərin bütün sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırıblar.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Ərdoğan   Tramp  





Xəbər lenti