Tramp-Putin görüşü İsrailin xeyrinə olub

Tramp-Putin görüşü İsrailin xeyrinə olub
  17 İyul 2018    Oxunub:5729
ABŞ prezidenti Donald Tramp bildirib ki, Helsinkidəki görüşdə rusiyalı həmkarı Vladimir Putinlə birlikdə bir sıra məsələlər üzrə ciddi nəticələrə nail olublar.
AzVision.az xəbər verir ki, Tramp bu barədə Helsinkidə Putinlə keçirdiyi görüşün yekunlarına dair "Fox News" telekanalına verdiyi müsahibədə deyib.

“Bu, yaxşı görüş oldu. Biz nüvə silahlarının yayılmaması, müharibə və sülh məsələləri, iqtisadiyyat, Suriya və Ukrayna da daxil olmaqla bir çox məsələləri müzakirə etdik. Görüşün sonunda isə yaxşı nəticələrə gəldik”, – deyə Tramp bildirib.

Tramp xüsusilə vurğulayıb ki, Putinlə görüşdə əldə olunan yaxşı nəticələrin həm də İsrailə aidiyyatı olub. Lakin təfərrüatları açıqlamayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   İsrail  





Xəbər lenti