Sabah bizi dumanlı hava gözləyir

Sabah bizi dumanlı hava gözləyir
  17 Oktyabr 2013    Oxunub:1038
Oktyabrın 18-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir.
AzVision.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun yaydığı məlumata görə, səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 23-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 18-də yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 22-27 dərəcə, dağlarda gecə 3-8, gündüz 15-20 dərəcə isti olacaq.
Oktyabrın 18-də Abşeron yarımda mülayim hava şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

AzVision.az



Teqlər:  





Xəbər lenti