“Yeni nazir Orxan Zeynalovdan istifadə etdi” - ŞƏRH

“Yeni nazir Orxan Zeynalovdan istifadə etdi” - ŞƏRH
  17 Oktyabr 2013    Oxunub:1166
“Bir heyvərənin xuliqan hərəkəti azərbaycanlıların Moksvada bizneslərini itirmələrinə səbəb olur”
AzVision.az-a açıqlamasında bu sözləri politoloq Zərdüşt Əlizadə Rusiyada son günlər yaşanan olayları şərh edərkən bildirib.

Z.Əlizadə hadisədə ermənilərin əli olub-olmaması məsələsinə münasibət bildirərkən deyib ki, əgər Orxan Zeynalov 25 yaşlı Şerbakovu ermənilərin diqtəsi ilə öldürübsə, deməli burada ermənilərin əli var, yox Orxan Zeynalov özü öldürübsə, öz tərbiyəsizliyindən, heyvərəsizliyindən öldürüb”.

Yaşanan olayları şərh edən polistoloq hadisənin qatlarından danışıb: “Birinci qat ondan ibarətdir ki, bir insan bir yerli sakini öldürüb və buna görə də cəzasını alacaq İkinci qat ondan ibarətdir ki, əhali polisin rüşvətxor miqrantlarla əlbərliyindən qəzəblənib, talan təşkil ediblər. Bu talanı təşkil edənlər də yəqin ki, cəzasını alacaqlar. Üçüncü qat odur ki, məsələdən faydalanmaq istəyən qüvvələr var. Birinci qüvvə şərhçilərdir. Onlar millətçiliyi, milli amili qızışdırıb, özləri üçün xal qazanmaq istəyirlər. İkinci qüvvə isə vəziyyətdən istifadə edib, indiyə qədər azərbaycanlıların əlində olan Moskvada yerləşənı meyvə-tərəvəz topdan satış bazarını onların əllərindən almaq istəyənlərdir. Bu isə milyardlarla dollar gətirən biznesdir. Bir heyvərənin xuliqan hərəkəti azərbaycanlıların Moksvada bizneslərini itirmələrinə səbəb olur”.

Z.Əlizadə qeyd edib ki, bu məsələ Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun tamamilə fəaliyyətsiz olduğunu sübut edib.
Polislərin Orxan Zeynalova qarşı qəddarlığı, onun daxili işlər nazirinin bu cür qəbul edilməsinə münasibət bildirən politoloq qeyd edib ki, Rusiya polisi də Azərbaycan polisi kimi çox səmərəsiz işləyirlər: “Ölkəni bürümüş korrupsiya və rüşvətlə mübarizə aparmaqda gücsüzdürlər. Əhali də bundan qəzəblənərək, ayağa qalxıblar. Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev isə yeni nazirdir, cəmi 1 ildir ki, bu vəzifəyə gəlib. O özünü sübut eləmək üçün göstəriş verib, Azərbaycanın diaspora rəhbərləri ilə danışıb və onlar da müəyyən tapşırıqlar verib ki, Orxanın yeri müəyyənləşsin. Həmçinin dövlət 1 milyon rubl da mükafat təyin edib və kimsə bu pulu almaq üçün Orxanın yerini deyib və onlar da tezliklə onu yaxalayıblar. Televizorda da bunu göstəriblər ki, əli polis artıq cinayətkarı tutub və nazirə göstərdilər. Nazir də dedi ki, aparın bunu. Yəni o xalqa göstərdi ki,Rusiya polisi işləyə bilir. Əgər bizdə də əhali Elmar Hüseynovun qətlindən qəzəblənib belə etsəydilər, mən düşünürəm ki, bizdə də polis qatili tez tapardı. Əhali polisin işindən narazı olanda polisin yeganə çıxış yolu qatili tapmaq olmur”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti