Əsəd ordusu İsraillə sərhəddə yüksəkliyi ələ keçirdi

Əsəd ordusu İsraillə sərhəddə yüksəkliyi ələ keçirdi
  17 İyul 2018    Oxunub:7655
Suriya ordusu və onun müttəfiqləri İsrailin 1967-ci ilin 6 günlük müharibəsində işğal etdiyi Colan təpələrinə nəzarəti təmin edən strateji yüksəkliyi yenidən Dəməşqin nəzarətinə qaytarıb.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, Suriyanın dövlət televiziyası ölkənin cənub-qərbindəki Kuneytra və Deraa əyalətlərinin üsyançı və terrorçuların əlində qalan digər hissələrini də azad etmək üçün Bəşər Əsəd qüvvələrinin növbəti hücum əməliyyatına başladığını bildiriblər.

Qeyd olunub ki, son 2 gündə Rusiya və Suriya qüvvələri tərəfindən endirilən hava zərbələri nəticəsində Suriya ordusu İsraillə sərhədə olduqca yaxın yerləşən və silahlı müxalifətin əlində olan əl-Haara yüksəkliyinə nəzarəti bərpa edib. Həmçinin, Kuneytra əyalətinin Maşara kəndi də Dəməşqin nəzarətinə keçib. Kəndlə Colan təpələri arasındakı məsafə cəmi 11 kilometrdir.



Xatırladaq ki, əvvəllər bu yüksəklikdə Suriya ordusunun İsrail qarşısında müdafiəsini təmin edən böyük zenit-radar kompleksi yerləşdirilmişdi. Deraa əyalətindəki ən yüksək ikinci təpə olan əl-Haara 2014-cü ilin oktyabrında üsyançıların əlinə keçib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   İsrail   Colantəpələri  





Xəbər lenti