Koreyada hərbi helikopter qəzaya uğrayıb

Koreyada hərbi helikopter qəzaya uğrayıb
  17 İyul 2018    Oxunub:7348
Cənubi Koreyada test uçuşu həyata keçirən hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, insident Cənubi Koreyanın cənub-şərqindəki Pohanq şəhərində baş verib.

Ölkənin Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumata əsasən, helikopter ABŞ və Cənubi Koreya hərbçilərinin illik hərbi təlimlər keçirdiyi bazadakı uçuş-eniş zolağında 10 metr yüksəklikdən yerə çırpılıb. Nəticədə böyük partlayış baş verib və helikopterdəki 5 hərbçi dünyasını dəyişib, yaralanan 6 nəfər isə xəstəxanaya yerləşdirilib.

Qəzanın hansı səbəbdən baş verməsi bilinmir. Hazırda insidentlə bağlı araşdırma aparılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: CənubiKoreya   təyyarəqəzası  





Xəbər lenti