Rusiya hava məkanını pozdu, səfirə nota verildi

Rusiya hava məkanını pozdu, səfirə nota verildi
  17 İyul 2018    Oxunub:7721
Rusiyanın Tallindəki səfiri Estoniya Xarici İşlər Nazirliyinə çağırılaraq, ona etiraz notası verilib.
AzVision.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələri məlumat verib. Etiraz notasına səbəb kimi Rusiya təyyarələrinin Estoniya hava məkanını 2 dəfə pozması göstərilib. Notada hər iki insidentin ötən gün Fin körfəzindəki Vayndloo adası yaxınlığında baş verdiyi bildirilib.

“Əvvəlcə Estoniya hava məkanına Airbus A319, sonra isə İl-96 təyyarəsi daxil olub. Təyyarələr Estoniya hava məkanında 1 dəqiqədən az qalıblar”, – deyə notada qeyd olunub.

Estoniya XİN-dən bildiriblər ki, rus təyyarələrindən heç biri öz uçuş planlarını əvvəlcədən təqdim etməyiblər.

Estoniya Müdafiə Qüvvələrinin məlumatına görə, 2018- ci il başlayandan bəri rus təyyarələri 6 dəfə bu ölkənin hava məkanını pozublar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Estoniya   Rusiya  





Xəbər lenti