Paşinyan Ter-Petrosyanla Qarabağı müzakirə edib

Paşinyan Ter-Petrosyanla Qarabağı müzakirə edib
  17 İyul 2018    Oxunub:8750
Ermənistanın baş naziri Nikol Paşinyan hökumət sarayında ölkənin birinci prezidenti olmuş Levon Ter-Petrosyanı qəbul edərək, onunla görüş keçirib.

AzVision.az Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Petrosyanın şəxsi təşəbbüsü əsasında baş tutub.
Görüş zamanı Petrosyan Ermənistanın qarşısında duran bir sıra çağırışların aradan qaldırılması yolları üzrə baş nazir Paşinyana öz mövqeyini bildirib, təkliflər verib.

Danışıqlarda, həmçinin, Dağlıq Qarabağ münaqişəsi və xarici siyasətlə bağlı məsələlər də müzakirə edilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti