Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri açıqlandı

Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri açıqlandı
  17 İyul 2018    Oxunub:9027
Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti avqustun 12-də Qazaxıstanın cənub-qərbindəki Aktau şəhərində keçiriləcək.
AzVision.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Qazaxıstan xarici siyasət idarələri Kayrat Abdraxmanov xəbər verib. Onun sözlərinə görə, bütün Xəzəryanı dövlətlər diplomatik kanallar vasitəsilə sammitdə iştiraklarını təsdiqləyiblər.

“Hazırda Xəzəryanı 5 dövlətin, konkret olaraq Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistanın xarici siyasət idarələri avqustun 12-də Aktauda keçirilməsi planlaşdırılan beşinci sammitə hazırlıqla bağlı fəal iş görürlər.” – deyə Abdraxmanov jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 2017-ci ilin dekabrındakı Moskva görüşündə Xəzər dənizinin hüquqi statusuna dair region ölkələri arasında açıq və mübahisəli qalan bütün məsələlərlə bağlı razılığa gəlinib və Konvensiyanın yekun mətni hazırlanıb. Bu mənada, Xəzəryanı ölkələrin dövlət başçılarının Aktau sammitində Xəzər dənizinin hüquqi statusu haqqında yekun Konvensiyanın imzalanacağı gözlənilir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Xəzərinhüquqistatusu   Azərbaycan   Konvensiya  





Xəbər lenti