Sarkisyanın qardaşı oğlunu 8 il həbs gözləyir
Əldə olunan faktiki sübutlardakı cinayət elementlərinin yetərliliyi əsas götürülərək, Narek Sarkisyana qarşı əvvəlcədən planlaşdırılmış şəkildə bir qrup şəxs tərəfindən öz eqoist motivləri naminə insan oğurlaması maddəsi üzrə cinayət işi açılıb.
Bu maddə üzrə maksimal cəza 8 il azadlıqdan məhrumetmədir.
Qeyd edək ki, bundan əvvəl Narek Sarkisyana qarşı qanunsuz silah və narkotika saxlama, fırıldaqçılıq maddələrilə cinayət işi açılıb və axtarışa verilib. Həmçinin, onun atası da – Serj Sarkisyanın qardaşı, 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışmış, 2010-cu ildən isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri işləmiş Levon Sarkisyan və qızı Ani Sarkisyan qanunsuz varlanmaqda və gəlir bəyannaməsindən yayınmaqda ittiham edilərək axtarışa veriliblər.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermnistan korrupsiya istintaq cinayət