Rezidenturaya ixtisas seçənlərin nəzərinə!

Rezidenturaya ixtisas seçənlərin nəzərinə!
  17 İyul 2018    Oxunub:1907
Səhiyyə Nazirliyi tərəfindən rezidenturaya qəbul üzrə plan yerlərinin artırılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilməsi barədə Dövlət İmtahan Mərkəzinə (DİM) məlumat verilib.
Rezidenturaya qəbul üzrə əlavə plan yerləri Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən və DİM-ə göndərildikdən sonra həmin yerlər haqqında məlumat veriləcək. Bundan sonra “Namizədin elektron ixtisas seçimi” ərizəsinin yenidən aktivedilmə tarixləri elan olunacaq.

Namizədlər ixtisas seçərkən mövcud plan yerlərini nəzərə alıblar. Plan yerlərinin artırılacağını nəzərə alaraq DİM tərəfindən “Namizədin elektron ixtisas seçimi” ərizəsi yenidən aktiv edildikdən sonra ərizəsində dəyişiklik etmək istəyənlər sistemə daxil olaraq “Ərizənin təsdiqini ləğv et” düyməsini basmaqla istədikləri dəyişiklikləri edərək ərizələrini yenidən təsdiqləyə biləcəklər. Hər hansı bir dəyişiklik etmək istəməyən namizədlərin ərizələri isə olduğu kimi qalır və onlardan ərizələrini yenidən təsdiqləmək tələb olunmur. Beləliklə, namizədlər əlavə edilən plan yerlərini də nəzərə almaqla ixtisas seçdikdən sonra rezidenturaya qəbul olmaq üçün müsabiqə keçiriləcək və nəticələr elan olunacaq.

AzVision.az


Teqlər: DIM   Rezidentura  





Xəbər lenti