“Russia Today”ə qarşı istintaq başladı

“Russia Today”ə qarşı istintaq başladı
  17 İyul 2018    Oxunub:8603
Avstraliya hüquq-mühafizə orqanları “Russia Today” beynəlxalq informasiya telekanalının ölkədəki fəaliyyətilə bağlı istintaq başladıb.
AzVision.az bildirir ki, bu barədə “Russia Today”in baş redaktoru Marqarita Simonyan "Tvitter" hesabında xəbər yayıb. Onun sözlərinə görə, telekanala qarşı ilkin araşdırmanın aparılması barədə qərar “Russia Today”in xarici agent olduğuna dair iddialarla bağlıdır.

Simonyan bildirib ki, xarici agent kimi tanındıqları təqdirdə qeydiyyatdan keçməkdən imtina etsələr, cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Halbuki, yayımlandığı dövr ərzində telekanal indiyədək Avstraliya dövlət orqanları tərəfindən hansısa iddia, yaxud ittihamla üzləşməyiblər.

“Yəqin ki, təhqiqatın səbəbi bizim RT olmağımızdır”, – deyə Simonyan vurğulayıb.

Xatırladaq ki, apreldən etibarən Böyük Britaniyanın Kommunikasiya İdarəsi də “Russia Today”ə qarşı 10 istintaq işi başladıb. 13 iyulda Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, RT-nin bir sıra dövlətlərdə “təsir agenti” siyahısına salınması olduqca narahatedicidir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: RT   Rusiya   Avstraliya   istintaq  





Xəbər lenti